EN

Rusiyada qalmaqallı qərar: keçmiş müdafiə nazirinin müavini...

Rusiyada korrupsiya qalmaqalında adı hallanan yüksək vəzifəli keçmiş məmur barədə qərar gizli şəkildə verilib.

Musavat.com xəbər verir ki, Rusiyanın keçmiş müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, Tsalikov rüşvət alma, vəsaitlərin mənimsənilməsi, pulların leqallaşdırılması və cinayətkar birlik yaratmaq kimi ağır ittihamlarla üzləşib. Buna baxmayaraq, o, istintaq təcridxanasına göndərilməyib.

Bildirilir ki, belə qərar məhz İstintaq Komitəsinin vəsatəti ilə qəbul edilib və Moskvanın Basmannı məhkəməsi bu vəsatəti təmin edib.

Maraqlıdır ki, məhkəmənin rəsmi saytında bu işə baxılması barədə məlumat yerləşdirilməyib. İclas isə maksimal dərəcədə qapalı şəraitdə keçirilib.

Ruslan Tsalikovun məhkəməyə gecə saatlarında gətirildiyi bildirilir. Daha sonra isə media nümayəndələrindən binanı tərk etmək tələb olunub.

Musavat.com

Chosen
109
9
musavat.com

10Sources