EN

Metroda cibgirlik edən şəxs yaxalandı



Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E. Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

ZÜMRÜD

Chosen
59
21
baki-xeber.com

10Sources