EN

“Türk axını”nı bu ölkənin ordusu qoruyacaq Nə baş verir?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin inkişaf strategiyasının təqdimatı zamanı bildirib ki, Serbiya ordusunun bölmələri “Türk axını qaz kəməri”nin ölkə ərazisindən keçən hissəsində yerləşən əsas kompressor stansiyasının mühafizəsinə cəlb ediləcək.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, söhbət qazın Macarıstana ötürüldüyü kompressor stansiyasından gedir.

Bu kəmər Bolqarıstan və Serbiya ərazisindən keçərək Macarıstana qədər uzanır.

Vuçiç bildirib ki, dünyada baş verən gərginlik və mümkün hücum riskləri səbəbindən strateji enerji infrastrukturunun təhlükəsizliyi xüsusi nəzarətə götürülür.

“Dünyada baş verən ümumi çılğınlıq fonunda müxtəlif hücumların baş verməsi ehtimalı məni narahat edir. Buna görə də ordumuz birbaşa şəkildə kompressor stansiyasının təhlükəsizliyini təmin edəcək”, – deyə Serbiya prezidenti vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
104
globalinfo.az

1Sources