EN

İsrail qırıcıları İranda neft obyektlərini vurdu – Ölkə ALOV İÇİNDƏ (VİDEO)

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların İranda bir neçə neft obyektinə zərbələr endirdiyi bildirilir.

Musavat.com xəbər verir ki, zərbələr Kuhak, Şahran və Kərəc bölgələrində yerləşən neft anbarlarına yönəlib.

Məlumatlara görə, hücum nəticəsində bir neçə strateji enerji obyektində ciddi dağıntılar qeydə alınıb. Yerli mənbələr zərbələrdən sonra həmin ərazilərdə güclü partlayış səslərinin eşidildiyini və yanğınların baş verdiyini bildirir.

Eyni zamanda, İran mediasında yayılan xəbərlərə əsasən, Tehranda yerləşən neft emalı zavodlarından birində də partlayış baş verib.

Hadisədən dərhal sonra zavod ərazisində böyük yanğın başlayıb və tüstü şəhərin müxtəlif hissələrindən müşahidə olunub.

Musavat.com

Chosen
93
31
musavat.com

10Sources