EN

İranda məktəbə endirilən zərbəyə görə Tehran məsuliyyət daşıyır - Tramp

İranda məktəbə endirilən zərbəyə görə Tehran məsuliyyət daşıyır - Tramp

ABŞ Prezidenti Donald Tramp ölkənin cənubunda yerləşən qızlar üçün ibtidai məktəbə edilən hücumda İranın günahkar olduğunu deyib.

AFN.az xəbər verir ki, Tramp bununla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib: "Gördüklərimə əsaslanaraq hesab edirəm ki, bu, İran tərəfindən edilib".

Amerika liderinin yanında olan Pentaqon rəhbəri Pit Heqset də bu məlumatı şərh edib. ABŞ-ın hərbi naziri bildirib ki, yalnız İran mülki şəxslərə zərbələr endirir.

Xatırladaq ki, fevralın 28-də İran hakimiyyəti ABŞ və İsrailin ölkənin cənubundakı Minab şəhərində qızlar üçün ibtidai məktəbi vurduğunu bildirib. Son məlumatlara görə, həlak olanların sayı 165 nəfərə çatıb – onların əksəriyyəti şagirdlər, həmçinin valideynlər və müəllimlərdir. Daha 95 nəfərin isə yaralandığı bildirilir.

Chosen
33
50
afn.az

10Sources