"Mercedes"in pilotu Corc Rassell Melburnda keçirilən "Formula-1" çempionatının ilk mərhələsi - Avstraliya Qran-prisində qələbə qazanıb.
"Ölkə.az" xəbər verir ki, onun komanda yoldaşı Andrea Kimi Antonelli ikinci olub.
O, liderdən 2,974 saniyə geri qalıb.
Üçüncü yerə isə "Ferrari" komandasından Şarl Lekler (+15,519 saniyə) çıxıb.