EN

Ali məktəblərdə bayram mükafatları: Kim nə qədər aldı?

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın bir sıra ali təhsil müəssisələrində xanım əməkdaşlara pul mükafatlarının verilməsi barədə qərarlar qəbul edilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Ən yüksək mükafat məbləği Bakı Ali Neft Məktəbində (BANM) qeydə alınıb. Rektor Elmar Qasımovun müvafiq əmrinə əsasən, ali məktəbin bütün xanım əməkdaşlarının hər birinə 300 manat məbləğində pul mükafatı verilib.

Digər universitetlər üzrə mükafat məbləğləri isə aşağıdakı kimi müəyyən edilib:

  • UNEC (İqtisad Universiteti): 150 
  • Azərbaycan Texniki Universiteti: 150 
  • Mingəçevir Dövlət Universiteti: 150 
  • Naxçıvan Dövlət Universiteti: 100
  • ADPU-nun Şəki filialı: 100 
  • Bakı Slavyan Universiteti: 50 manat

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
98
yenisabah.az

1Sources