EN

İran dronlarla Küveytdəki göydələnə zərbə endirib

Yazını böyüt
Yazını kiçilt

Küveytdə Amerika komandanlıq mərkəzinin yerləşdiyi bildirilən Sosial Təminat Administrasiyasının göydələnində yanğın baş verib.

Hafta.az xəbər verir ki, bu barədə İranın “Bnews” telekanalı məlumat yayıb.

Kanalın iddiasına görə, Əli əl-Salem hava bazasındakı əsas obyektlərin itirilməsindən sonra ABŞ qüvvələri komandanlıq və nəzarət əməliyyatlarını Küveytdəki Sosial Təminat Administrasiyasının binasına köçürüblər. Bildirilir ki, sözügedən binaya İranın kamikadze dronları ilə zərbə endirilib.

Məlumatlara görə, həmçinin Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq çənləri də İran dronlarının hücumuna məruz qalıb. Bu məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Chosen
85
3
hafta.az

4Sources