EN

Yunanıstanda güclü zəlzələ olub

Yunanıstanın qərbində, Albaniya sərhədinə yaxın ərazidə 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Alman Geoloji Xidməti (GFZ) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Yunanıstan-Albaniya sərhəd bölgəsində baş verib.

Qurumun açıqlamasında qeyd edilib ki, yeraltı təkanlar təxminən 5 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.

Chosen
79
4
azreform.info

5Sources