EN

Pakistanın nüvə çətiri Səudiyyənin üstündə: Asim Munirdən İrana ağır təhdid

Pakistan Silahlı Qüvvələrinin komandanı, marşal Asim Munir Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşündə İslamabadın Riyad qarşısındakı hərbi öhdəliklərini bir daha təsdiqləyib.

Musavat.com xəbər verir ki, Pakistanın rəsmi hərbi dairələri və media resursları ordunun bu qəti mövqeyini tirajlayıblar.

Asim Munir bildirib ki, Pakistan və Səudiyyə Ərəbistanı arasında ötən il imzalanmış Strateji Qarşılıqlı Müdafiə Müqaviləsi (SMDA) çərçivəsində krallığın təhlükəsizliyi Pakistanın öz təhlükəsizliyi kimi qəbul edilir. Ordu komandanı xəbərdarlıq edib ki, əgər İran krallığa qarşı növbəti bir hücum həyata keçirərsə, Pakistan buna hərbi yolla cavab verəcək və İran ərazisinə zərbələr endirəcək.

Bu bəyanat martın 7-də Asim Munirin Riyadda Səudiyyənin Müdafiə naziri şahzadə Xalid bin Salman ilə görüşündən sonra daha da aktuallaşıb. Görüşdə İranın son günlər Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına və neft obyektlərinə (Aramco) endirdiyi raket və dron zərbələri müzakirə olunub. Pakistan tərəfi İranı "qardaş ölkə" adlandırsa da, onu "ehtiyatsız addımlardan" çəkinməyə və müdafiə paktının şərtlərini nəzərə almağa çağırıb. 

Musavat.com

Chosen
117
musavat.com

1Sources