İsrail ordusu Livanda "Hizbullah"a qarşı əməliyyat zamanı ilk itkilərini verib.
Publika.az TASS-a istinadən xəbər verir ki, hazırda iki İsrail hərbçisinin həlak olduğu bildirilir.
İsrail ordusunun mətbuat xidməti Cənubi Livandakı döyüşdə həlak olan ilk hərbçinin adını açıqlayıb. Bu, mühəndis qoşunlarında xidmət edən 38 yaşlı baş çavuş Maher Xatardır.