EN

Kipr Livanı Britaniya bazalarına dron buraxmaqda ittiham etdi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Kiprdəki Britaniya hərbi bazasına düşən İran istehsalı olan pilotsuz uçuş aparatı Livandan, "Hizbullah" qruplaşması və İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrinin yerləşdiyi ərazidən buraxılıb.

Oxu.Az xəbər verir ki, bunu Kiprin xarici işlər naziri Konstantinos Kombos "The Guardian" qəzetinə müsahibəsində bildirib.

"Artıq bu, Livan cəbhəsinə doğru baxmalı olduğumuz bir faktdır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Kiprin xahişi ilə adaya bir neçə Avropa dövlətindən hərbi gəmilər və aviasiya dəstəyi gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
106
oxu.az

1Sources