İsrail mediasının məlumatına görə, bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk dəfə olaraq İran ərazisində yerləşən bir obyektə hücum həyata keçirib. Məlumata əsasən, hücum duzsuzlaşdırma zavodunu hədəf alıb. Bu barədə i24NEWS məlumatlı mənbəyə istinadən xəbər yayıb. Ancaq obyektin dəqiq yerləşdiyi yer və zərərin miqyası barədə hələlik əlavə məlumat açıqlanmayıb. İsrailin Ynet nəşri isə yazır ki, bu hücum "yalnız rejimə göndərilmiş siqnal" kimi dəyərləndirilir. Mənbələrin sözlərinə görə, əgər İranın hücumları güclənərsə, BƏƏ-nin məhdud miqyasda hərbi əməliyyatlara qoşulması ehtimalı istisna edilmir. İRADƏ