EN

İsrail vətəndaşlarına Azərbaycana səfər etməmək tövsiyə olunub

Məlumata görə, İsrail Milli Təhlükəsizlik Şurası ölkə vətəndaşlarını Birləşmiş Ərəb Əmirlikləri istisna olmaqla digər ölkələrə səfərlərdən çəkinməyə çağırıb.Xüsusilə Ermənistan, Gürcüstan və Azərbaycan istiqamətlərinə səfər etməmək tövsiyə edilib. Bu barədə Ynet portalıməlumatyayıb.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İran ərazisinə zərbələr endirilməsi, eləcə də İranın əks hücumları regionda gərginliyi artırıb. Hücumlar nəticəsində dağıntılar və insan tələfatı qeydə alınıb.

Bundan əlavə, martın 2-də Hizbullah hərəkatı da İsraillə münaqişəyə qoşulduğunu elan edib və İsrail bu təşkilata qarşı hərbi əməliyyatlara başladığını bildirib.

Röya Əliyeva
AzVision.az

Chosen
128
50
azvision.az

10Sources