EN

Qarışqalar vətəndaş müharibəsi başlatdılar

Qarışqaların kimyəvi identifikasiya sistemlərini pozan hava çirklənməsi qarışqa koloniyaları daxilində vətəndaş müharibələrinə səbəb olur.

Publika.az xəbər verir ki, bu barədə "Vice" nəşri məlumat yayıb.

Maks Plank İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, ozon qarışqaların yadları bir-birindən fərqləndirmək üçün istifadə etdikləri üzvi birləşmələri sürətlə parçalayır.

Eksperimentlər zamanı alimlər altı qarışqa növünü yay aylarında iri şəhərlərdə tez-tez rast gəlinən konsentrasiyalı ozonun təsirinə məruz qoyublar. Cəmi 20 dəqiqə sonra kimyəvi nişanələr məhv edilib.

Chosen
86
publika.az

1Sources