Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrail Hərbi Hava Qüvvələri (İHHQ) gün ərzində Livanın müxtəlif bölgələrində 100-dən çox hədəfə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, zərbələr əsasən Hizbullah təşkilatının infrastruktur obyektlərinə yönəldilib.
Açıqlamada qeyd olunur ki, hədəflər arasında silah anbarları, müxtəlif hərbi obyektlər və Beyrutun Dahiya qəsəbəsində yerləşən Radvan xüsusi qüvvələr qərargahı da olub.
İsrail ordusu zərbələrin dəqiq və məqsədyönlü şəkildə həyata keçirildiyini vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.