EN

İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Martın 8-də İran İslam Respublikasının Prezidenti MəsudPezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.

Trend xəbər verir ki,Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslamRespublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və birçox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakısəfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitaryardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.

Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlıinsidentin İranla əlaqəsi olmadığını deyərək, hadisəninaraşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çoxsayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığınıçatdırıb.

Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisəninaraşdırılmasının vacibliyini vurğulayıb.

Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadilayihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsiaparıblar.

Chosen
100
49
az.trend.az

10Sources