EN

Kürdlər daha bir İran-İraq savaşı başlatmaq istəyir: İraq Kürdüstanından Bağdada sərt mesaj

İraq Kürdüstanında hakim partiya regionda baş verən hadisələrlə bağlı sərt bəyanat yayıb.

Musavat.com xəbər verir ki, açıqlamada Kürdüstan rəhbərliyinin təzyiq və aqressiyanı qəbul etməyəcəyi bildirilib.

Bəyanatda qeyd olunub ki, “səbr və çəkindirmənin də bir həddi var” və regiona qarşı yönələn hər hansı təzyiq siyasəti qəbuledilməzdir. Hakim partiya İraqın mərkəzi hakimiyyətini vəziyyətlə bağlı aydın və qəti mövqe tutmağa çağırıb.

Açıqlamada vurğulanıb ki, Bağdad rəhbərliyi baş verənlərə qarşı açıq mövqe nümayiş etdirməsə, bunun ciddi nəticələri ola bilər.

Eyni zamanda bəyanatda bildirilib ki, Kürdüstan rəhbərliyi regionun müharibə və genişmiqyaslı qarşıdurmadan uzaq qalmasına çalışır.

“Biz bütün imkanlarımızdan istifadə edərək çalışacağıq ki, Kürdüstan münaqişə və müharibədən kənarda qalsın”, – deyə açıqlamada qeyd olunub.

Kürdlərin bu bəyanatı İraqın İranla daha bir savaşa sürüklənməsi kimi qiymətləndirilir. Son günlər regionda baş verən gərginliklər fonunda ABŞ İraqı İranla savaşa cəlb etmək üçün kürdlər vasitəsi ilə təzyiqlərini gücləndirir. Çünki ABŞ-nin İrana quru əməliyyatını başlatması üçün ən uyğu ölkə İraqdır.

 

Musavat.com

Chosen
72
musavat.com

1Sources