EN

“Arsenal” qərarını verdi: Piero İnkapie birdəfəlik transfer edilir

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərənin “Arsenal” futbol klubu heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. London təmsilçisi hazırda icarə əsasında komandada çıxış edən Piero İnkapienin transfer hüquqlarına tam sahib olmaq qərarına gəlib.

İdman.Biz xəbər verir ki, ekvadorlu müdafiəçinin müqaviləsi iyunda birdəfəlik transferə çevriləcək. Bu məsələdə heç bir şübhə yeri qalmayıb. Müqavilənin ilkin mərhələdə icarə əsasında qurulması sırf maliyyə feyr-pleyi qaydaları ilə bağlı olub. Klub rəhbərliyi bu transferi daha əvvəl David Rayanın “Brentford”dan keçidində istifadə edilən analoji sxemlə reallaşdırıb.

“Arsenal” bu transfer üçün “Bayer”ə 52 milyon avro (104 milyon AZN) ödəyəcək. Bundan əlavə, Leverkuzen təmsilçisi futbolçunun növbəti satışından 10 faiz pay əldə edəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
64
3
icma.az

4Sources