Bakı. Trend:
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI)açıqladığı yeni hesabat göstərir ki, son beş ildə Avropa ölkələridünyanın ən böyük silah idxalçısı olub.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Hesabata görə, Avropa dövlətləri Rusiyanın yaratdığı təhlükə vəABŞ-nin təhlükəsizlik öhdəliklərinə inamın azalması fonunda silahalışını kəskin artırıb. 2021–2025-ci illərdə Avropanın silah idxalı2016–2020-ci illərlə müqayisədə üç dəfədən çox artıb.
SIPRI-nin məlumatına əsasən, hazırda qlobal silah idxalının 33faizi Avropanın payına düşür. Bu göstərici əvvəlki beşillik dövrdə12 faiz idi.
SIPRI Silah Transferi Proqramının direktoru Metyu Corcunsözlərinə görə, Avropa ölkələrinə silah axınının kəskin artmasıqlobal silah transferlərini təxminən 10 faiz yüksəldib.
Hesabatda qeyd olunur ki, Avropa ölkələri daxili istehsalıartırsa da, xüsusilə döyüş təyyarələri və uzaqmənzilli havahücumundan müdafiə sistemləri üzrə ABŞ silahlarının alışını davametdirir.
Eyni zamanda Yaxın Şərq ölkələrinin silah idxalı 13 faiz azalıb.Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və Qətər ən böyük dörd alıcıarasında qalır.
Təchizatçılar arasında ABŞ qlobal silah ixracındakı payını 36faizdən 42 faizə yüksəldərək liderliyini möhkəmləndirib. Fransa 9,8faizlə ikinci yerdə qərarlaşıb. Rusiyanın payı isə 2022-ci ildəUkraynaya müdaxilədən sonra 21 faizdən 6,8 faizə düşüb.
Ümumilikdə Avropanın qlobal silah ixracındakı payı 28 faiztəşkil edir ki, bu da Rusiyanın göstəricisindən dörd, Çininpayından isə beş dəfə çoxdur.