EN

Türkiyədə hissedilən zəlzələ olub - YENİLƏNİB

Türkiyənin Denizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin ətraf rayonlarda da hiss olunduğu qeyd edilib.

***

10:28

Türkiyə saatı ilə 09:22 radələrində İzmir, Manisa, Dənizli, Muğla və Aydın ətrafında zəlzələ olub.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələnin güclü hiss edildiyi bildirilib.

Yeraltı təkanla bağlı hələ ki, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti açıqlama yaymayıb.

Chosen
100
2
apa.az

8Sources