EN

ABŞ İsrailin təzyiqi ilə bu əməliyyata başlayıb? – İddia

ABŞ-ın İsrailin təzyiqi altında İrana qarşı başlatdığı əməliyyat Vaşinqton üçün böyük problemə səbəb olub.

Turkustan.azAxar.az-a istinadən xəbər verir ki, bunu ABŞ ordusunun ehtiyatda olan zabiti Stanislav Krapivnik deyib.

“İnanıram ki, Yaxın Şərq ölkələrinin nail olacağı çox şey var. ABŞ üçün işlər çox pis gedir. Onlar bunu planlaşdırmamışdılar”, – deyə zabit qeyd edib.

Zabit əlavə edib ki, Vaşinqton bu əməliyyata başlamaq istəməsə də, İsrailin qərarı səbəbindən buna məcbur oldu.

Onun fikrincə, Təl-Əviv də böyük itkilər verib.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Chosen
97
1
turkustan.az

2Sources