EN

Azərbaycan İran sərhədində malların idxalı və ixracı yenidən açılıb

ain.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Azərbaycan-İran sərhədində malların idxalı və ixracı yenidən açılıb

Bu gün saat 10:00-dan etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bərpa olunub.

Bu barədə Oxuməni.az Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2026-cı il tarixli 66 nömrəli qərarına əsasən, əvvəllər Azərbaycan və İran arasında dövlət sərhədindən bütün nəqliyyat növləri (tranzit daxil olmaqla) üçün malların giriş-çıxışı müvəqqəti olaraq dayandırılıb.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
78
1
oxumeni.az

10Sources