EN

Ukrayna İordaniyada ABŞ ın hərbi bazalarını müdafiə etmək üçün dronlar və ekspertlər göndərdi Zelenski

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna İordaniyaya ABŞ hərbi bazalarını qorumaq məqsədilə dron müdafiə sistemləri və dron üzrə ekspertlər qrupu göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə prezident Vlsdimir Zelenski "The New York Times"a müsahibəsində bildirib.

Prezident qeyd edib ki, ABŞ cümə axşamı yardım üçün müraciət edib və ukraynalı qrup ertəsi gün yola çıxıb. Onların yaxın zamanda Yaxın Şərqə çatması gözlənilir. “Biz dərhal reaksiya verdik. Mən dedim: bəli, əlbəttə, ekspertlərimizi göndərəcəyik,” – deyə Zelenski söyləyib.

ABŞ və İsrailin İrana qarşı müharibəsi dünya ictimaiyyətinin diqqətini Ukrayna müharibəsindən yayındıra bilər. Lakin bu, eyni zamanda Kiyevə öz təcrübəsini və qabaqcıl texnologiyasını yeni bir cəbhədə tətbiq etmək imkanı verir.

Zelenskinin sözlərinə görə, Amerika-İsrail müharibəsinin İranda başlanmasından sonra o və komandası Bəhreyn, BƏƏ, İordaniya, Küveyt, Qətər və Səudiyyə Ərəbistanı liderlərinin zənglərini qəbul edib, onlardan yardım xahişi alıblar.

Eyni zamanda, Ukrayna Yaxın Şərq ölkələrinə kömək göstərəcəyini, qarşılığında isə Rusiyanın atəşi dayandırması üçün diplomatik dəstək gözlədiyini bildirib.

Zelenski bəzi Yaxın Şərq ölkələrinin Rusiyaya “çox güclü münasibətləri” olduğunu vurğulayıb: “Buna görə də dedim: Gəl, bəlkə onlar ruslarla danışsın və ruslar fasilə versin. Bu halda əlbəttə, biz Yaxın Şərqə onları qorumaqda kömək edə bilərik”, – deyə əlavə edib.

"The New York Times" tərəfindən analiz edilən Ukrayna Hərbi Hava Qüvvələrinin gündəlik məlumatlarına görə, Ukrayna artıq əksər rus tək-tərəfli hücum dronlarını məhv edə bilir. Fevral ayında Rusiya Ukrayna şəhərlərinə təxminən 5000 hücum dronu və saxta hədəf göndərmişdi. Ukrayna onların təxminən 87%-ni vurub.

Əvvəlki açıqlamasında Zelenski Ukraynanın hava müdafiəsi təcrübəsini Yaxın Şərq ölkələri ilə paylaşmağa hazır olduğunu, lakin yalnız bu ölkələrin Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün səylər göstərməsi şərti ilə bunu edəcəyini bildirmişdi.

Forbes 4 mart tarixli yazısında qeyd edib ki, Ukraynanın Körfəz ölkələrinə dron təklifi ciddi əhəmiyyət kəsb edir. Çünki 2022-ci ildən Rusiya “Şahid” dronları ilə ölkəyə hücum etməyə başlayandan sonra Kiyev təxminən 57 min dronu izləyib və vurub, çoxsəviyyəli və ucuz müdafiə sistemləri inkişaf etdirib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
123
bizimyol.info

1Sources