EN

Neft rekord həddə yaxınlaşır: Qiymətlər sürətlə artır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və İsrailin İranla müharibəsi və Hörmüz boğazının faktiki bağlanması fonunda neftin qiyməti 2022-ci ildən bəri ilk dəfə 100 dolları keçib.

“Cebheinfo.az”-ın məlumatına görə, London Fond Birjasında Avropanın etalon markalı “Brent” xam neftinin fyuçersləri martın 9-da müvəqqəti olaraq təxminən 26 faiz artıb. 1 barel neftin qiyməti 116,6 dollara çatıb.

Nyu-York Ticarət Birjasında ABŞ-nin Qərbi Texas (WTI) markalı xam neftinin qiymətləri 26,51 faiz artaraq 115 dollara çatıb.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
121
48
cebheinfo.az

10Sources