EN

Ermənistanda qadın məktəb direktorunu bıçaqlamaq istədi

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistanın Vedi şəhərində yerli sakin məktəbə hücum edib.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, 37 yaşlı qadın Vedidəki məktəbə girərək, əvvəlcə 10-15 dəqiqə ərzində səs-küy salıb, nalayiq söyüşlər söyüb. Sonra direktorun kabinetinə yollanıb. Kabinetə çatanda qadın çantasından bıçaq çıxarıb və təhdidlər etməyə başlayıb. 49 yaşlı direktor(o da qadın olub) qaçıb. Onun arxasınca həyətə qaçan və direktoru tapa bilməyən qadın onun BMW markalı avtomobilini bıçaqla cızıb.

Qadın saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
112
azpolitika.info

1Sources