EN

Avropada təbii qaz bir qədər də BAHALAŞIB

Avropa birjalarında təbii qazın qiyməti hərracların açılışında 1 000 kubmetr üçün təxminən 820 ABŞ dollarına və ya 1 MVt/saat üçün 68,635 avroya qədər artıb.

Far.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, Niderlanddakı TTF habında təbii qaz üzrə aprel fyuçersinin qiyməti 2023-cü ilin yanvarından bəri ilk dəfə 800 ABŞ dollarını ötüb. Günün əvvəlindən kotirovkaların artımı 30 % təşkil edib.

Qeyd edək ki, Avropada təbii qazın qiymətləri ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatı ilə əlaqədar fevralın 28-dən etibarən artmağa başlayıb.

Chosen
74
3
far.az

4Sources