EN

Bakıdan İrəvana JEST: Qatar Ermənistana yola düşdü

Bakı ətrafında yerləşən Biləcəri dəmir yolu stansiyasından Rusiyaya məxsus taxıl yüklü qatar Ermənistana göndərilib. Qatar Azərbaycan ərazisindən tranzit keçərək təyinat nöqtəsinə çatacaq.

KONKRET.az xəbər verir ki, qatar yeddi vaqondan ibarətdir və ümumilikdə 488 ton taxıl daşıyır.

Qatar əvvəlcə Böyük-Kəsik stansiyasına qədər hərəkət edəcək, daha sonra Gürcüstanla sərhədi keçərək Ermənistan istiqamətində yolunu davam etdirəcək.

Qeyd edək ki, oxşar daşınma bundan əvvəl fevralın 4-də həyata keçirilib. Həmin vaxt səkkiz vaqondan ibarət qatarla Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 560 ton Rusiya taxılı göndərilmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
99
konkret.az

1Sources