EN

Putin Müctəba Xameneyini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin İranın yeni ali lideri seçilməsi münasibətilə Müctəba Xameneyini təbrik edib.

“Cebheinfo.az”-ın məlumatına görə, təbrik məktubunun mətni Kremlin rəsmi saytında dərc edilib.

“Hörmətli cənab Hüseyni Xameneyi, İran İslam Respublikasının ali lideri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm” - məktubda belə qeyd edilir.

Dövlət başçısı ölkədə artan silahlı münaqişə fonunda bu yüksək vəzifəni tutmağın böyük cəsarət və fədakarlıq tələb edəcəyini vurğulayıb.

O, yeni liderin atası Əli Xameneyinin işini şərəflə davam etdirəcəyinə və ağır sınaqlar qarşısında İran xalqını birləşdirə biləcəyinə əminliyini ifadə edib.

Putin həmçinin, Moskvanın Tehrana dəstəyini və iranlı dostları ilə həmrəy olduğunu bildirib. O, Rusiyanın İranın etibarlı tərəfdaşı olduğunu və belə qalacağını qeyd edib.

Xatırladaq ki, Seyid Əli Xameneyi fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.

 

 

Chosen
59
cebheinfo.az

1Sources