EN

AZCON Holdinqin icraçı direktoru Çin Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyası ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

AZCON Holdinqin icraçı direktoru Şahin Babayevin rəhbərliketdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Dövlət ŞurasınınDövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının (SASAC)Beynəlxalq Əməkdaşlıq Bürosunun baş direktoru cənab Zhu Kaininrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı tərəflər arasında yüksəksəviyyəli dialoqungücləndirilməsi və strateji əməkdaşlıq çərçivəsininmüəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Eləcə də dövlət müəssisələrində islahatlar, fəaliyyətinqiymətləndirilməsi mexanizmləri, aktivlərin idarə edilməsi vərəqəmsal transformasiya istiqamətləri, həmçinin portfel şirkətlərarasında əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikirmübadiləsi aparılıb.

AZCON
AZCON
AZCON
Chosen
139
1
az.trend.az

2Sources