Bakı. Trend:
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə məktubünvanlayıb.
Trend xəbərverir ki, məktubda qeyd olunub:
"Möhtərəm Ayətullah Xameneyi həzrətləri.
İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyinizmünasibətilə Sizi təbrik edirəm.
Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah SeyidƏli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə birdaha başsağlığımı ifadə edirəm.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındamünasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitindəyaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarasıəlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlıhörmət və etimad məcrasında inkişafı naminə birgə səylərgöstərəcəyimizə ümidvar olduğumu bildirirəm.
Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır,dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm".