EN

Rusiyada Dubaya alternativ tapıldı

Rusiyalı turizm ekspertləri Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda hazırda o qədər də təhlükəsiz sayılmayan Dubay istirahətinə bir neçə alternativ istiqamət təklif ediblər. 

Azreform.info “Turprom” nəşrinə istinadən yazır ki, Dubayda əsasən urbanistik dəbdəbə, yaxşı alış-veriş imkanları və kosmopolit meqapolis atmosferini sevən turistlər üçün ən azı üç şəhər daha yaxşı seçim ola bilər.

Ekspertlərin fikrincə, bu alternativlər sırasında Şanxay (Çin), Sinqapur və Seul (Cənubi Koreya) yer alır.

Turizm mütəxəssislərinin sözlərinə görə, Şanxayda keyfiyyətli istirahət üçün kifayət qədər böyük məbləğ xərcləmək lazım gələcək. Şəhərin mərkəzində, məsələn, Sinyandi ticarət meydanı yaxınlığında və ya sahilboyu ərazidə yerləşən beşulduzlu hotellərdə yaxşı otağın qiyməti gecəlik 15–30 min rubl təşkil edir.

Sinqapurun mərkəzində yerləşən hotellərdə isə bir gecə qalmaq üçün 20–40 min rubl ödəmək lazım gəlir. Bu şəhər təmizliyi, nizam-intizamı və yüksək texnologiyaları ilə seçilən məkanlardan biri hesab olunur.

Bununla belə, Seul daha əlçatan istiqamət sayılır. Burada Qanqam biznes rayonunda və ya tarixi sarayların yaxınlığında yerləşən lüks hotellərdə gecələmənin qiyməti gündəlik 10–20 min rubldan başlayır.

Elvin

Azreform.info

Chosen
72
2
azreform.info

3Sources