EN

Gözlənilən ayrılıq rəsmiləşdi

Mərakeş yığmasında gözlənilən ayrılıq rəsmiləşib. Futbol Federasiyası (MFF) baş məşqçi Valid Reqraqi ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, MFF-nin məlumatına görə, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv etmək qərarına gəliblər. Milli komandanın yeni baş məşqçisi əvvəllər Mərakeşin U-20 yığmasını çalışdıran Məhəmməd Vəhbi olacaq.

Qeyd edək ki, Reqraqi 2022-ci ildən Mərakeş yığmasının baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında tarixi bir nəticə əldə edərək 4-cü yeri tutub. Amma Mərakeş yığmasının bu ölkədə təşkil edilən Afrika Millətlər Kubokunda gümüş mükafatçı olması yerli futbol qurumunu qane etməyib.

Chosen
64
football-plus.az

1Sources