Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tur çərçivəsində “Neftçi” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un ba məşqçisi Kurban Berdıyev jurnalistlərin sullarını cavablandırıb:
“Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi”.
– Bu qələbə 3-cü yer uğrunda iddianı nə dərəcədə ortaya qoyur?
– Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək.
– İbrahima Vadji və Jo Batişda da meydanda qaldı. Halbuki hesabda irəlidə idiniz…
– Vadji fiziki baxımından da yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.
– “Turan Tovuz” kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verəcək?
– Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır. Bütün matçlar eyni əhəmiyyət kəsb edir.
– “Turan Tovuz” artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?
– Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.
– Ümumiyyətlə, qarşıda çempionluq hədəfi var?
– Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.