EN

Vernidub: “Turan Tovuz”a məğlubiyyətə layiq deyildik” – ARENA.AZ

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü paytaxt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nə vaxtsa, məğlub olmalı idik. O da bu gün oldu. Oyuna görə məğlubiyyətə layiq deyildik. Ən azından bir xal qazanmalı idik. Hətta qalibiyyət də mümkün idi. Nə onlarda, nə də bizdə çox böyük epizodlar var idi. Rəqib bir imkanı dəyərləndirə bildisə, biz bunu bacarmadıq. Bununla barışmaq və işləmək lazımdır. Gələcəkdə nə olacağını həyat göstərəcək.

İntensiv oyun getsə də, çox qol epizodu yox idi. Uduzduq. Bunu geridə qoymalı və yolumuza davam etməliyik. “Turan Tovuz” sıradan komanda deyil. Ona görə 3-cü pillədədir. Biz də onlardan heç nədə geri qalmadıq. Təəssüf ki, bir qol buraxdıq və o da matçın taleyini həll etdi.

Bəli, “Neftçi”də də oruc tutanlar var. Bunun futbolçuların hazırlığına təsiri var. Amma bu, təkcə bizdə deyil. Azərbaycanda olan bütün komandalar vəziyyət belədir. Onların dini etiqadlarını pzomağa özümdə hüqüq görmürəm. Bunun da öhdəsindən gələcəyik.

Mənə qədər burada bir baş məqşçi olub. O məşqçi haqda pis bir şey deyə bilmərəm. O, mənim həmkarımdır. Komanda yığıb və gəlmişəm işləməyə. Mən gəlim deyim ki, mənə qədər olan hamı günahkardır, heç vaxt deməmişəm, demərəm də. Bacarmaq lazımdır ki, zərbəni ala biləsən və insan olaraq qalasan. Ona görə də indiyə qədər çalışdığım komandalarda da həmişə nəticə olub”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
52
4
arena.az

10Sources