AZ

Kurban Berdıyev: “Qələbəni haqq edirdik” – ARENA.AZ

“Turan Tovuz”un ba məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikrimcə, oyunçularım qələbəni haqq edirdilər.

Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Bizim üçün kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək. Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.

Bir neçə oyundur qol buraxmasaq da, qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələ. Amma bu təhlükəli vəziyyətlər göstərir ki, üzərində işləməli olduğumuz məqamlar çoxdur”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
4
arena.az

10Mənbələr