EN

“Tramp bizi aldatdı” – İran ali rəhbərliyindən yeni açıqlama

Tehran Vaşinqtonla qarşıdurmanın uzana biləcəyinə dair sərt mesaj verib.

Musavat.com xəbər verir ki, İranın ali dini rəhbərinin ofisinin xarici siyasət üzrə müşaviri Kamal Xarrazi CNN-ə eksklüziv müsahibəsində ABŞ-la müharibənin uzun çəkə biləcəyini və hazırda diplomatiya üçün heç bir imkan görmədiyini bildirib.

Tehranda jurnalist Frederik Pleitgenə danışan Xarrazi bildirib ki, İran artıq danışıqların nəticə verəcəyinə inanmır və bu səbəbdən siyasi dialoq üçün meydan qalmayıb.

“Artıq diplomatiya üçün yer görmürəm. Donald Tramp başqalarını aldadıb və vədlərinə əməl etməyib. Biz bunu iki dəfə danışıqlar zamanı gördük – biz danışıqlar apararkən onlar bizə zərbə endirdilər”, – deyə iranlı rəsmi vurğulayıb.

Onun sözlərinə görə, İran rəhbərliyi müharibənin uzun müddət davam edə biləcəyini nəzərə alaraq bütün ssenarilərə hazırdır. Xarrazi həmçinin qeyd edib ki, münaqişənin sonu yalnız ciddi iqtisadi təzyiq nəticəsində mümkün ola bilər.

İran rəsmisi Körfəz ölkələrinə də dolayısı mesaj göndərərək bildirib ki, Tehran region dövlətlərinin ABŞ prezidenti Donald Trampa təsir göstərməsini gözləyir. Əks halda İranın hücumlarını davam etdirməsi istisna olunmur.

Hazırda ABŞ-İsrail-İran qarşıdurması artıq 10-cu gününə daxil olub və regionda gərginlik sürətlə artır.

 Musavat.com

Chosen
100
17
musavat.com

10Sources