EN

İran İordaniyadakı Bundesver düşərgəsini yenidən raket atəşinə tutub

BAKI, 10 mart. TELEQRAF

İran İordaniyada yerləşən Bundesverin səhra düşərgəsinə yenidən raket zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Məlumata görə, martın 9-na keçən gecə İordaniyada yerləşən çoxmillətli “Əl-Əzraq” aviabazasına İran tərəfindən bir neçə ballistik raket atılıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Buna səbəb isə Bundesver hərbçilərinin hücum zamanı artıq bomba sığınacaqlarında olmasıdır.

Hazırda raketlərin birbaşa düşərgəyə dəyib-dəymədiyi və ya hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində qalıqların əraziyə düşdüyü dəqiq məlum deyil.

Qeyd olunur ki, “Əl-Əzraq” aviabazası bundan əvvəl də raket hücumuna məruz qalmışdı.

Chosen
111
3
teleqraf.com

4Sources