EN

Slot: “Qalatasaray”la matçda mütəşəkkil olmalıyıq”

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la qarşı keçiriləcək ilk oyunu barədə danışıb.

İdman.Biz bildirir ki, matç martin 10-da olacaq.

“Mütəşəkkil oyun göstərməliyik. “Qalatasaray”ın çoxlu üstünlükləri var və müdafiədən hücuma keçmək onlardan biridir. (Viktor) Osimhen müxtəlif yollarla qol vura bilən əla hücumçudur. Rəqiblərimizin hücum təhlükəsi və tempi çoxdur – (Barış Alper) Yılmaz (əsas mərhələdəki matçın) ilk hissəsində iki dəfə bizim üçün çox sürətli idi. Ehtiyatlı olmalıyıq, çünki rəqibin güclü tərəflərini bilmək mütləq onlara qarşı çıxa biləcəyiniz demək deyil.

Bekkerin zədəsi? Ali məşqin sonuna yaxın narahatlıq hiss etdi. Hamımız onun İstanbula uçmamasının ən yaxşısı olduğuna qərar verdik”, - deyə Slot UEFA-nın rəsmi saytında bildirib.

İdman.Biz
Chosen
86
1
idman.biz

2Sources