EN

İstanbulun sabiq meri İmamoğluna 2000 ildən çox həbs cəzası istənilir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Türkiyənin İstanbul şəhərinin sabiq bələdiyyə başçısı Ekrem İmamoğlu ilə bağlı korrupsiya işi üzrə məhkəmə prosesi martın 10-da davam etdiriləcək.

Oxu.Az "Sözcü"yə istinadən xəbər verir ki, işə İstanbul məhkəməsində baxılır.

Məlumata görə, təqsirləndirilənlər kürsüsündə İmamoğlu da daxil olmaqla 105 nəfər var və onların hamısı ötən ilin mart ayından həbsdə saxlanılır. İş üzrə 402 nəfər şahid qismində ifadə verir.

İstanbul bələdiyyəsində korrupsiya ilə bağlı ittiham aktı təxminən 4 000 səhifədən ibarətdir. Ekrem İmamoğlu cinayətkar təşkilat yaratmaqda, rüşvət almaqda, cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaqda, dələduzluqda, həmçinin cinayət işləri üzrə sübutların gizlədilməsi və tenderlər zamanı sövdələşmə ilə bağlı bir sıra qanun pozuntularında ittiham olunur.

Ümumilikdə ona 2 352 ilə qədər həbs cəzası verilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
81
oxu.az

1Sources