EN

Vasif Bağırov və Səbuhi Əmiraslanov finala yüksəldi - U-23 Avropa çempionatı

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, çempionatın ilk günündə Azərbaycan güləşçilərindən Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər.

Musa Ağayev (65 kq), Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda güləşəcəklər.

Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.

U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Chosen
91
5
sportinfo.az

6Sources