EN

ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcək

BAKI, 10 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında danışıb.

ABŞ liderinin sözlərinə görə, boğazda təhlükəsizliyin qorunması üçün ABŞ-nin bölgədə kifayət qədər hərbi gəmisi və mina aşkarlama avadanlığı var.

“Hörmüz boğazı təhlükəsiz qalacaq. Orada çoxlu sayda gəmimiz var və minaların aşkar edilməsi üçün dünyanın ən yaxşı avadanlıqlarına sahibik”, - deyə Tramp bildirib.

O qeyd edib ki, Vaşinqtonun əsas məqsədi dünya üzrə enerji daşıyıcıları və neft tədarükünün davamlılığını təmin etməkdir.

ABŞ Prezidenti əlavə edib ki, İran tərəfindən hər hansı qarşıdurma olacağı təqdirdə, ölkəyə daha güclü zərbə endirilə bilər və bunun nəticələrindən İranın bərpa olunması çətin olacaq.

Chosen
49
teleqraf.com

1Sources