EN

Əraqçi: İran ABŞ ilə yeni danışıqları nəzərdən keçirmir

İran ABŞ ilə növbəti danışıqların aparılmasını məqsədəuyğun hesab etmir.

 

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi PBS telekanalına müsahibəsində bildirib.

 

Ondan İranın yeni ali lideri Müctəba Xameneinin seçilməsindən sonra Tehran rəhbərliyinin ABŞ nümayəndələri ilə əlaqə saxlayıb-saxlamadığı soruşulub.

 

Əraqçi bildirib ki, Xamenei hələlik bu məsələ ilə bağlı açıqlama verməyib və hamı onun gələcək bəyanatlarını gözləyir.

 

“Hazırda ABŞ ilə yeni təmasların və ya danışıqların gündəmdə olacağını düşünmürəm. Çünki amerikalılarla münasibətlərdə çox acı təcrübəmiz var”, – deyə İran XİN rəhbəri qeyd edib.

 

APA

Tarix: 10 Mart 2026, 07:51   
Chosen
54
6
pravda.az

10Sources