EN

Niderland səmasında odlu kürə göründü

Niderland səmasında odlu kürə müşahidə olunub. Ekspertlərin fikrincə, bu, meteorit ola bilər.
 
Moderator.az bu barədə NOS teleradio şirkətinə istinadən xəbər verir.
 
Məlumata görə, odlu kürə ilə bağlı xəbərlər ölkənin bütün ərazisi boyunca polis bölmələrinə daxil olub. Kosmik obyektlər üzrə ekspertlər Yoost Hartman və Rob van der Berq bildiriblər ki, bu məlumatlar regionda meteoritin düşməsindən xəbər verir.
 
Onların sözlərinə görə, Niderland səmasından məhz hansı obyektin keçdiyini yalnız onun düşdüyü yeri aşkar etməklə öyrənmək olar. Ekspertlərin bildirdiyinə görə, qeydlərdən görünür ki, meteorit böyük ehtimalla atmosferə daxil olan zaman səmada parçalanıb.
 
Chosen
70
1
moderator.az

2Sources