EN

Bakıya qeyri-adi yağış yağacaq?

Tehrandakı neft anbarlarında baş verən partlayışlar nəticəsində atmosferə təhlükəli kimyəvi maddələr yayılıb. Mütəxəssislər bildiriblər ki, bu cür partlayışlar və yanğınlar havaya böyük miqdarda karbohidrogen birləşmələri, həmçinin kükürd və azot oksidləri buraxır. Bu maddələr sonradan turşu yağışlarının yaranmasına səbəb ola bilər.

Bu hadisə regionda humanitar böhrana və ya iqlim dəyişikliyinə səbəb ola bilərmi?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli partlayışlardan sonra insanların açıq havada olmasının risk yarada biləcəyini deyib:

“Bu tip hadisələr qısa müddətdə lokal humanitar problemlərə səbəb olur. Məsələn, əhali arasında tənəffüs problemləri, su mənbələrinin çirklənməsi, kənd təsərrüfatına ziyan və bəzi ərazilərdə müvəqqəti köçürülmə ehtiyacının yaranması mümkündür. Əgər yanğınlar uzun müddət davam edərsə və kimyəvi maddələrin konsentrasiyası yüksək qalarsa, bu vəziyyət müəyyən regionlarda humanitar böhran riskini artıra bilər. Bununla belə, təkcə neft anbarlarının partlaması adətən ölkə miqyasında geniş humanitar fəlakət yaratmır, bu daha çox lokal ekoloji və sağlamlıq problemləri yaradır”.

Ekspert bildirib ki, İrandakı nüvə obyektlərinin zərərsizləşdirilməsi fərqli risklər daşıyır:

Chosen
118
publika.az

1Sources