EN

“Qatar Airways” məhdud sayda reyslər həyata keçirəcək

Yazını böyüt
Yazını kiçilt

“Qatar Airways” şirkəti yaxın günlərdə məhdud sayda reyslər həyata keçirməyi planlaşdırır. Bu addım mövcud regional şərait səbəbindən reysləri ləğv olunmuş sərnişinlərə dəstək göstərmək və onların mümkün qədər tez və təhlükəsiz şəkildə qayıdışını təmin etmək məqsədi daşıyır.

Hafta.az xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu qərar Qətərin Mülki Aviasiya üzrə Baş İdarəsinin ölkədə hava hərəkətinin qismən bərpası ilə bağlı yaydığı bəyanata uyğun olaraq qəbul edilib. Eyni zamanda vurğulanıb ki, həyata keçiriləcək reyslər planlaşdırılmış müntəzəm uçuşların bərpası demək deyil. Sərnişinlərdən yalnız təsdiqlənmiş bilet olduqda uçuş üçün hava limanına gəlmələri xahiş olunub.

Şirkət qeyd edib ki, Qətərin hava məkanının bağlı qalması səbəbindən uçuşların əksəriyyəti müvəqqəti olaraq dayandırılıb. “Qatar Airways” Qətərin Mülki Aviasiya üzrə Baş İdarəsi hava məkanının təhlükəsiz şəkildə yenidən açıldığını elan etdikdən və müvafiq qurumların razılığı əldə olunduqdan sonra uçuşları tam bərpa edəcək.

Chosen
46
2
hafta.az

3Sources