EN

Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

Bakı.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində neftqiymətlərinin kəskin artması ABŞ administrasiyasında ciddinarahatlıq yaradıb.

Trend-inməlumatına görə, bu barədə CNN telekanalı mənbələrə istinadlaməlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın müşavirləri hərbiəməliyyatların ilk günlərində neft qiymətlərinin yalnızqısamüddətli artacağını gözləyirdilər. Lakin bazarın reaksiyasınınfaktiki miqyası onları təəccübləndirib.

CNN qeyd edir ki, ABŞ administrasiyası əvvəlcə benzinqiymətlərinin aşağı düşməsini noyabr ayında keçiriləcək aralıqseçkilər ərəfəsində Respublikaçılar Partiyasının xeyrinə əsasarqument kimi istifadə etməyi planlaşdırırdı. Lakin neftin qiymətibir barel üçün 100 dolları keçdikdə, ABŞ hakimiyyətinin atdığıaddımların uzunmüddətli enerji böhranı ilə bağlı narahatlıqlarıaradan qaldıra bilmədiyi üzə çıxıb.

Məqalədə:
Chosen
53
5
az.trend.az

7Sources