EN

Qustavo Petro: "Amerikanın Qalxanı"na daxil olan ölkələr onun möhkəmliyini təmin edə bilməyəcək

Qustavo Petro: "Amerikanın Qalxanı"na daxil olan ölkələr onun möhkəmliyini təmin edə bilməyəcək

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın Mayami şəhərində keçirilən "Amerikanın Qalxanı" (Shield of the Americas) sammitində yaradılan yeni alyansı kəskin tənqid edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 69-cu sessiyasında çıxış edən Petro, Vaşinqtonun narkotik istehsalı ilə mübarizədə təcrübəsi olmayan "zəif ölkələri" seçdiyini bildirib. Görüşə dəvət edilməyən Kolumbiya lideri qeyd edib ki, narkotrafiklə mübarizə təcrübəsi olmayan 17 kiçik ölkə ilə "cənub qalxanı" yaratmaq qeyri-mümkündür.

Petronun fikrincə, Kolumbiya narkoticarətə qarşı koalisiyada mühüm rol oynaya bilərdi, çünki ölkənin həm böyük təcrübəsi, həm də dünya üzrə 75 müxtəlif polis agentliyi ilə sıx əməkdaşlığı mövcuddur. O, çıxışında bir daha vurğulayıb ki, narkotrafiklə effektiv mübarizə üçün yerli istehsalçılardan daha çox cinayətkar şəbəkələrin qurucuları və istehlak problemi ilə məşğul olmaq lazımdır.

Xatırladaq ki, martın 7-də Mayamidə keçirilən sammitdə ABŞ Prezidenti Donald Tramp Latın Amerikasının bir sıra liderləri ilə görüşərək narkokartellərə qarşı "Amerikanın Kartellərlə Mübarizə Koalisiyası"nın (ACCC) yaradıldığını elan edib. Alyansa Argentina, Salvador, Ekvador və Paraqvay kimi ölkələr daxil olsa da, Braziliya, Kolumbiya, Meksika və Kuba bu görüşə dəvət edilməyib.

Chosen
77
afn.az

1Sources