BAKI, 10 mart. TELEQRAF
İngiltərənin "Mançester Siti" klubunun kapitanı Bernardu Silva komandasını dəyişə bilər.
Teleqraf məşhur insayder Ekrem Konura istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin xidmətində Türkiyə "Qalatasaray"ı, Fransa PSJ-si,eləcə də İspaniya "Barselona"sı maraqlıdır.
31 yaşlı futbolçunun "şəhərlilər"lə müqaviləsi bu yay başa çatır və tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar aparılmır.
Qeyd edək ki, 2017-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan Bernardu Silva cari mövsümdə keçirdiyi 38 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.