EN

Tramp administrasiyası məhkəməyə verilib

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Amerikanın dünya şöhrətli süni intellekt şirkəti "Anthropic" Ağ ev sahibinə qarşı məhkəmədə iddia qaldırıb. Buna səbəb Pentaqonun onu "təchizat zənciri üçün böyük təhlükə" elan etməsidir. Belə bir qalmaqallı açıqlama ilə bağlı Tramp administrasiyasına qarşı iki iddia qaldırılıb.

Reyting.az-ın məlumatına görə, şirkət təmsilçiləri bildiriblər ki, əslində, bu qərar qanunsuzdur və Pentaqonun qəbul etdiyi qərarın icrasının dayandırılmasını tələb edirlər.

Mübahisə "Anthropic" şirkətinin "Claude" sistemində kütləvi izləməni, eyni zamanda avtonom silahların istifadəsinə qoyulan məhdudiyyətləri tam aradan qaldırmaqdan imtina etməsi ilə bağlıdır. Şirkətin iddiasına görə, əslində, hökumət bu addımla onların mövqeyini qətiyyətlə rədd etdiyini nümayiş edib və "Anthropic"i cəzalandırıb.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
reyting.az

1Sources